Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı

16 Oktyabr 2026 13:38

Model Razi Əliyeva qalmaqallı boşanma ilə gündəmə gələn keçmiş həyat yoldaşı Nicat Əliyevlə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, Razi sosial şəbəkə hesabında Nicat Əliyevin oğlu ilə birlikdə vaxt keçirdiyi anları əks etdirən foto yayımlayıb. Model paylaşımına "Ata-bala" sözlərini əlavə edib.

Xatırladaq ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar. Cütlüyün münasibəti uzun çəkməyib və onlar 2024-cü ildə ayrılıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)