Xalq artisti Alim Qasımovun illər əvvəl iştirak etdiyi toy mərasimindən arxiv görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az-ın məlumatına görə, görüntülərdə xanəndənin məclisdəki canlı ifası diqqət çəkib. Onun özünəməxsus ifa tərzi və musiqiyə yanaşması izləyicilərin marağına səbəb olub.
Arxiv kadrları Alim Qasımovun illər əvvəlki çıxışını yenidən gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)