Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

16 Oktyabr 2026 11:08

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsindən olan bir piyadanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)