İstanbul boğazı Türkiyə paytaxtında güclü yağışlar, daşqınlar və seldən sonra qəhvəyi rəngə boyanıb.
Milli.Az xəbər verir ki,Türkiyə mediası xəbər verir ki, gecə saatlarından etibarən intensivləşən və səhər saatlarında da davam edən yağışlar Boğazda qeyri-adi mənzərəyə səbəb olub.
Yağış suları ilə birlikdə dərələrdən axan suyun Boğaza tökülməsi nəticəsində sahilboyu bəzi ərazilərdə təxminən 200 metr uzunluğunda su sahəsi qəhvəyi rəngə çevrilib.
Qeyd edək ki, leysan yağışı nəticəsində dörd nəfər həyatını itirib. Hava şəraitinin yaratdığı fəsadlarla əlaqədar bu gün bütün dövlət və özəl təhsil müəssisələri bağlı olacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)