Türkiyə bir neçə gündür aramsız yağan yağışlarla mübarizə aparır.
Milli.Az xəbər verir ki, oktyabrın 14-də başlayan güclü yağış və fırtına İstanbulda ciddi fəsadlar törədib; bəzi rayonlarda hər kvadratmetrə 50-95 kq yağıntı düşüb. Sel və subasmalar nəticəsində yollar və yeraltı keçidlər su altında qalıb, hətta faciəli hadisədə 3 nəfər həlak olub.
Hadisələr fonunda şəhər sakinləri diqqət çəkən addım atıb. Bir qrup vətəndaş çayın üzərindəki körpüdə yağışın dayanması üçün dua edərək heyvan kəsib. Hadisə Yalovanın Armutlu rayonunda baş verib.
Milli.Az