Bu avtomobil yollarda hərəkətlə kifayətlənmir - Havaya da qalxır - (Video)

16 Oktyabr 2026 10:28

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik idman avtomobilini nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər şirkətin "X" sosial şəbəkəsindəki hesabında paylaşılıb.

Təqdimat ABŞ-nin Texas ştatında yerləşən "SpaceX" şirkətinin sınaq poliqonunda keçirilib.

Tədbirdə iştirak edən "Tesla"nın rəhbəri İlon Mask nümayiş etdirilən avtomobillə bağlı təəccübünü gizlətməyib: "Mən çox şey görmüşəm, amma beləsini heç vaxt görməmişdim".

Avtomobilin əsas özəlliyi sıxılmış qaz buraxan xüsusi sistemlə təchiz olunmasıdır. Bu sistem maşının havada hərəkəti zamanı vəziyyətini idarə etməyə imkan verir.

Nümayiş zamanı "Roadster" maneənin üzərindən havaya qalxaraq öz oxu ətrafında fırlanıb.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)