Kürdərmirdə yük maşını dayanan TIR-a çırpıldı - Ölən var

16 Oktyabr 2026 09:42

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi "İsuzu" markalı yük avtomobili yol kənarında dayanmış "Mersedes" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində "Isuzu"nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)