Rusiyanın Kamçatka bölgəsinin cənub sahillərində 6.9 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, yeraltı təkanlar dünən yerli vaxtla saat 15:35-də (Bakı vaxtı ilə bu gün 07:35-də) qeydə alınıb.
Zəlzələnin episentri quruda, Petropavlovsk-Kamçatskdan 156 km cənub-qərb istiqamətində yerləşib.
İnstrumental göstəricilərə əsasən, bu zəlzələ Petropavlovsk-Kamçatsk ərazisində beş bala qədər güclə hiss edilib.
İtki və dağıntı barədə məlumat verilməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)