KuPS - "Trabzonspor" matçında altı qol vuruldu

15 Oktyabr 2026 22:56

UEFA Konfrans Liqasında 2026/27 mövsümündə Liqa mərhələsinə start verilib.

Milli.Az xəbər verir ki, Liqa mərhələsinin birinci turu çərçivəsində KuPS (Finlandiya) - "Trabzonspor" (Türkiyə) qarşılaşması baş tutub.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:4.

Türkiyə təmsilçisi ilk hissədə Pol Onuaçunun (3-cü dəqiqə), Məhəmməd Salahın (44-cü dəqiqə) və Frankulino Djununun (47-ci dəqiqə) qolları ilə hesabda üç top fərqi ilə önə keçib.

İkinci hissədə komandalar daha üç qol vurublar. Ev sahiblərindən Petteri Pennanen 54-cü, Qustav Enqvall isə 90+6-cı dəqiqədə fərqlənib. "Trabzonspor"un heyətində Frankulino Dju 90+1-ci dəqiqədə qol vurub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)