İstanbulda hökm sürən güclü yağışlar çoxsaylı ev və iş yerlərinin su altında qalmasına səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkənlər arasında məşhur müğənni Alişan da var.
Evini su basması səbəbindən çətin vəziyyətlə üzləşən Alişan aidiyyəti qurumların müdaxiləsindən sonra suyun təmizləndiyini bildirib.
"Allah xilasetmə qurumlarından razı olsun... Belimizə qədər su ilə dolmuş zirzəmizdəki bütün suyu boşaltmaq üçün üç saat vaxt sərf etdilər - var olsunlar", - müğənni instaqram hesabında yazıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)