Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)

15 Oktyabr 2026 22:38

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Muğam axşamı" layihəsi çərçivəsində konsert proqramı təqdim olunub.

Gəncə Dövlət Filarmoniyasının solisti, xanəndə Zəminə Mustafayeva "Arazbarı" muğam qrupunun müşayiəti ilə çıxış edib. Konsert proqramında Azərbaycan muğam sənətinin zəngin ənənələrini əks etdirən muğam nümunələri və musiqi əsərləri təqdim olunub.

Konsert tamaşaçıların alqışları ilə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az