IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu - Fikir çəkmə, telefona çək!

15 Oktyabr 2026 22:17

IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Bu barədə festivalının təsisçisi və direktoru, aktyor Ruslan Sabirli məlumat verib: "Artıq həm beynəlxalq, həm də yerli müsabiqələr üzrə Münsiflər Heyəti səsverməni başa çatdırıb. Təşkilat Komitəsi səsvermənin nəticəsi əsasında qalibləri müəyyən edəcək. Hər zaman olduğu kimi bu il də festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə münsiflərin adını yalnız səsvermədən sonra açıqlayırıq. Həmçinin, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz onlayn qaydada səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edib. Münsiflər Heyətinin tərkibi ilə artıq festivalın saytında tanış olmaq mümkündür".

Münisflər Heyətinin tərkibi:

Fariz Əhmədov, kinorejisor (Azərbaycan) - VGİK-də kinorejissorluq ixtisası üzrə təhsil alıb. Müxtəlif televiziya kanallarında rejissor kimi çalışıb, "AZANFİLM" studiyasında, Bakı Beynəlxalq Turizm Filmləri Festivalında və "Azərbaycanfilm" kinostudiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərib. 50-dən çox beynəlxalq kinofestivalda mükafatlandırılmış 100-ə yaxın bədii, animasiya və sənədli filmin prodüseridir.

Tamer Ataç, elmlər doktoru (Türkiyə) - İzmir Katip Çələbi Universitetində fotoqrafiya, media və kommunikasiya üzrə müəllimdir. Beynəlxalq film festivallarında münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib, fotoqrafiya işləri müxtəlif sərgilərdə nümayiş olunub. Kino, identiklik və təmsilçilik üzrə araşdırmalar aparır, film afişaları və region kinosu üzrə də fəaliyyət göstərib.

Rəşad Qarayev, quruluşçu operator (Azərbaycan) - 2013-cü ildən operator kimi fəaliyyət göstərir. Bir çox məşhur bədii və sənədli filmlərin, eləcə də serialların quruluşçu operatorudur.

Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:

Beynəlxalq: Ən yaxşı tammetrajlı film, Ən yaxşı qısametrajlı film, Ən yaxşı Süni Zəka filmi, Ən yaxşı sənədli film, Ən yaxşı eksperimental film, Ən yaxşı şaquli film, Ən yaxşı tələbə filmi, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi çarxı, Ən yaxşı vloq.

Yerli (yalnız Azərbaycan): Ən yaxşı qısametrajlı film, Ən yaxşı Süni Zəka filmi, Ən yaxşı sənədli film, Ən yaxşı eksperimental film, Ən yaxşı şaquli film, Ən yaxşı tələbə filmi, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi çarxı, Ən yaxşı vloq.

SBRLY tərəfindən keçirilən "Fikir çəkmə - telefona çək" (Don't moan - shoot on phone!) sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az и Azernews.az

Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com

Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:

Email: [email protected]

Facebook: https://www.facebook.com/cinemoff

Instagram: https://www.instagram.com/cinemoff/