Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 və "Kia" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)