"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının rəmzi komandasında yer alıb.
Milli.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi səhifəsi məlumat yayıb.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya"ya (Praqa) qarşı keçirilən matçda nümayiş etdirdiyi möhtəşəm oyunla qarşılaşmanın ən yaxşısı seçilib.
Qitənin ən ali futbol qurumunun açıqladığı rəmzi heyətdə hücum xəttində Bredli Barkolya ("Liverpul"), Harri Keyn ("Bavariya"), Nikola Tresoldi ("Brügge") və Lamin Yamal ("Barselona") yer alıb.
Yarımmüdafiə xəttində Yohan Manzambi ("Aston Villa") və Vitinya ("PSJ"), müdafiədə isə Maksi Arauxo ("Sportinq"), Henrik Falşener ("Vikinq"), Ceff Çabot ("Ştutqart") və Frederik Şuvold ("Budo-Qlimt") qərarlaşıblar.
Xatırladaq ki, bundan öncə "Sofascore" nəşri də S. Pokatilovu həftənin rəmzi komandasına daxil etmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)