Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama

15 Oktyabr 2026 17:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçiriləcək prezident seçkisində sonuncu dəfə namizədliyini irəli sürəcəyi açıqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin baş müşaviri Mehmet Uçum jurnalistlərlə söhbətində danışıb.

Mehmet Uçumun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkisinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi artıq böyük ölçüdə dəqiqləşib. O, səsvermənin aprelin 16-da baş tutacağını gözlədiyini bildirib.

Baş müşavir bu tarixin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Belə ki, 2017-ci il aprelin 16-da Türkiyədə prezident idarəetmə sisteminə keçidlə bağlı referendum keçirilib.

Mehmet Uçum Rəcəb Tayyib Ərdoğanın həmin seçkidə sonuncu dəfə prezidentliyə namizəd olacağını qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)