İngiltərənin "Arsenal" klubu qış "transfer pəncərəsi"ndə "Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Ceni transfer etmək istəyir.
Milli.Az report-a istinadən xəbər verir ki, koreyalı futbolçu ilə Premyer Liqanın digər təmsilçisi "Tottenhem" də maraqlanır.
"Transfermarkt" portalı 29 yaşlı asiyalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir. Onun "Bavariya" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır.
Qeyd edək ki, təcrübəli müdafiəçi Almaniya Bundesliqasının cari mövsümündə üç matçda çıxış edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)