Xalq artisti Məleykə Əsədova bir neçə gün əvvəl dünyasını dəyişən bacısı qızı Mina ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında dəfn mərasimindən görüntülər yayımlayıb. Paylaşımda Minanın sağlığında lentə alınmış kadrlarıdır.
Qeyd edək ki, 29 yaşlı Mina İranda xərçəng xəstəliyi səbəbindən vəfat edib. Üç qız övladı olan Mina ölümündən qısa müddət əvvəl oğlan uşağı dünyaya gətirib.
Məlumata görə, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. 2008-ci ildə o, iki qızı ilə birlikdə dəm qazından zəhərlənib. Hadisə nəticəsində Mina sağ qalsa da, onun 13 yaşlı bacısı həyatını itirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)