Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək

15 Oktyabr 2026 12:23

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.

Milli.Az "Gununsesi.info"ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.

Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)