Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

15 Oktyabr 2026 12:15

Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır.

Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)