Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb.
Milli.Az xəbər verir ki, nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda polis tərəfindən zəruri işlər görülür.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)