Bakıda maşın atla toqquşdu - (Video)

15 Oktyabr 2026 10:57

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.

Milli.Az xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az