Sumqayıtda kişi faciəvi şəkildə ölüb.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 2 radələrində şəhər ərazisində baş verib.
54 yaşlı Hüseynov Firuz Kazım oğlu yaşadığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)