Onlarla təyyarə İstanbul hava limanına enə bilmədi

15 Oktyabr 2026 11:55

Türkiyədə müşahidə olunan güclü yağış və fırtına İstanbulda nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Əlverişsiz hava şəraiti səbəbindən 40-dan çox təyyarə İstanbul əvəzinə digər şəhərlərin hava limanlarına yönləndirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, güclü yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış binasını su basıb, 15 torpaq sürüşməsi qeydə alınıb.

Səlahiyyətlilər yaranmış vəziyyətlə əlaqədar sakinlərə və turistlərə zəruri hallar istisna olmaqla, evdən çıxmamağı tövsiyə ediblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)