Paşinyan yenə universitet diplomu ala bilmədi

15 Oktyabr 2026 09:23

Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurub. Ermənistan mediasındakı paylaşımda onun Akademiyanın nəzdində rus dili təlimini başa çatdırdığı bildirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  o, sentyabrın 17-də hökumətin iclasında zərb alətlərində ifa üzrə onlayn kurs keçdiyini və rus dili təlimlərinə qatıldığını açıqlamışdı.

Qeyd edək ki, Nikol Paşinyan İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alsa da, 1995-ci ildə sonuncu kursda universitetdən xaric edilmişdi. Buna görə də Dövlət İdarəçilik Akademiyasında təlim kursunu başa vurması onun ali təhsil diplomu əldə etməsi demək deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)