Aktyor Nicat Rəhimov maraqlı etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, "İncə səhər" verilişinin qonağı olan sənətçi saç əkdirmək üçün hazırlıq gördüyünü, lakin prosedura cəmi iki gün qalmış fikrindən daşındığını bildirib.
Nicat Rəhimovun sözlərinə görə, "Bozbash Pictures"in çəkilişləri zamanı tanış olduğu həkimlə artıq 10 ilə yaxındır dostluq edir. O, bir müddət əvvəl həmin həkimin yanına gedərək saç əkimi ilə bağlı ilkin prosedurlardan keçib, hətta əməliyyat üçün vaxt da təyin etdirib.
Lakin nəzərdə tutulan tarixə iki gün qalmış həkimə zəng edərək gəlməkdən imtina edib. Aktyor qərarını həm ürək etməməsi, həm də saç əkiminin çəkilişlərinə mane ola biləcəyi ilə izah edib.
Maraqlısı isə odur ki, Nicat Rəhimov daha sonra saç əkdirmək istəyən dostlarının hamısını həmin həkimə yönləndirib. Onun sözlərinə görə, dostlarının hər biri saç əkdirsə də, özü bu addımı atmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)