Evdə bişirilən makaronun sousla birləşməməsinin və ya sousun makaronun üzərində durmayıb boşqabın dibinə süzülməsinin əsas səbəbi haşlama suyunun istifadə edilməməsidir. Bişmə zamanı suya keçən nişasta su ilə yağı bir-birinə bağlayan təbii yapışdırıcı rolu oynayır. Sousu hazırlayarkən daxilinə əlavə edəcəyiniz 1-2 çömçə makaron suyu sosu ipək kimi hamar edir və makarona tam hopmasını təmin edir.
Milli.Az makaron suyunu dəyərləndirməyin digər yollarını təqdim edir:
Paxlalı bitkilərin yumşaldılması: Noxud, lobya və ya mərcini isladarkən adi su əvəzinə ilıq makaron suyundan istifadə etmək onların daha tez yumşalmasına və bişərkən köp (qaz) əmələ gətirməməsinə kömək edir.
Xəmirin daha yaxşı acıması: Çörək və ya pizza xəmiri hazırlayarkən bu sudan istifadə etmək maya fəallığını artırır, xəmirin yumşaq qabarmasını və elastikliyini təmin edir.
Yağlı qabların təmizlənməsi: Yağlı və çirkli qazanları yumazdan əvvəl makaron suyunda saxlamaq, nişastanın yağdələn effekti sayəsində qurumuş ləkələri sürtmədən təmizləməyə imkan verir.
Otaq bitkiləri üçün təbii gübrə: Soyudulmuş makaron suyu minerallarla zəngin olduğu üçün ev bitkiləri üçün təbii vitamin mənbəyinə çevrilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)