Şəbnəm Tovuzluya avtomobilində gözlənilməz sürpriz – (Video)

15 Oktyabr 2026 10:15

Müğənni Şəbnəm Tovuzlu fanatlarından birinin ona etdiyi maraqlı jestlə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi avtomobilinə yaxınlaşarkən şüşəsilənə ilişdirilmiş kağız parçasını görüb. Kağızda onun pərəstişkarının səmimi sözləri və müğənniyə ünvanladığı bir xahiş yer alıb.

Gözlənilməz sürprizlə qarşılaşan Şəbnəm Tovuzlu həmin anları lentə alıb. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)