Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)

15 Oktyabr 2026 14:55

Müğənni Aysun İsmayılova Rusiyanın paytaxtı Moskvada həmyerlilərimizin təşkil etdiyi toy məclislərindən birində görüntülənib.

Milli.Az xəbər verir ki, sənətçinin məclisdəki çıxışı zamanı maraqlı anlar yaşanıb. Belə ki, rəqs edən qonaqlar Aysun İsmayılovanın üzərinə pul səpərək onu "pul yağışı"na qərq ediblər.

Toy məclisində Röya Ayxan da səhnə alıb. Gecənin aparıcısı isə Vüsalə Əlizadə olub.

Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İzləyicilərin diqqətini çəkən video müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)