Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevə verdiyi müsahibədə Azərbaycan-Türkiyə münasibətləri, strateji tərəfdaşlıq, sərhədlərin açılması, iki dövlət arasında bağlanan mühüm strateji müqavilələr və bir sıra digər mühüm məsələlərlə bağlı açıqlamalar verib.
Onu da bildirək ki, Binəli Yıldırımla özəl videomüsahibə ötən həftə baş tutub. Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş danışmanı Oktay Saral Azərbaycanın əleyhinə bir sıra açıqlamalar verərək ölkəmizin daxili işlərinə qarışacaq ifadələr işlədib. Binəli Yıldırım bu müsahibədən əlavə, bu gün telefon əlaqəsi vasitəsiylə Saralın açıqlamasına da münasibət bildirib.
B.Yıldırım onun açıqlamalarının Türkiyə Prezidentinin və dövlətinin siyasətini əks etdirmədiyini bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)