Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb

14 Oktyabr 2026 22:13

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)