Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)

14 Oktyabr 2026 22:49

Qəhvəyi mərmər böcəkləri Zaqatalanın kəndlərində evlərə hücum çəkib, sakinlər zərərvericilərin əlindən rahatlıq tapa bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yay boyunca az görünən qəhvəyi mərmər böcəkləri hazırda tam aktivləşib.

Qışa doğru özlərinə daha isti qışlama yerləri axtaran həşərat xüsusilə meşələrə, fındıq bağlarına yaxında yerləşən kəndlərə kütləvi şəkildə hücum edirlər.

Zaqatalanın Muğanlı kəndinin sakınlər deyirlər ki, bocəklərin qarşısı alınmasa vəziyyət daha da pisləşə bilər.

Yaranmış vəziyyətlə bağlı Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən  bildirildi ki, artıq böcəyin miqrasiya dövrü başa çatıb və kütləvi kimyəvi mübarizə mümkün deyil. Buna görə də mexaniki mübarizəyə üstünlük verilməlidir.

O da bildirildi ki, yaşayış ərazilərində kimyəvi mübarizə məsləhət görülmür, lakin meşəlik ərazilər və kəndə nisbətən yaxın bağlarda kimyəvi mübarizə aparılsa daha yaxşı nəticə olar.

Qeyd edək ki, hazırda Zaqatala rayonu ərazisində qəhvəyi mərmər bağacığının ən aktiv olduğu ərazilər rayonun Muğanlı və ətrafındakı kəndlərdir.  

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)