Azərbaycanda kənd yumurtası bahalaşdı

14 Oktyabr 2026 19:06

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb.

Bildirilir ki, hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)