Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)

14 Oktyabr 2026 18:02

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)