Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Ana ilə oğulun bir-birinə göstərdiyi isti münasibət izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Görüntülər sosial şəbəkələrdə bəyənilərək maraqla izlənilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)