Jurnalistlərə qarşı tanınmış şəxslərin və hüquq-mühafizə orqanlarının adından istifadə edilərək kiberdələduzluq cəhdləri edilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dələduzlar əvvəlcə tanınmış şəxsin adından jurnalistlərə mesaj yazaraq onlara guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyini bildirirlər.
Daha sonra jurnalistlə əlaqə saxlayan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.
Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluq sxemidir və jurnalistlər saxta zənglərə inanmamalıdır.
Belə mesaj alan şəxslərə dərhal əlaqəni kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)