"Barselona"nın futbolçusu Pedri "Qalatasaray"ın ev stadionu "Rams Park"dakı atmosferdən yenidən təsirlənib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqası çərçivəsində keçirilən və İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra Pedri İstanbul klubunun azarkeşlərini xüsusi qeyd edib.
İspaniyalı yarımmüdafiəçi hələ 2022-ci ildə "Qalatasaray"la qarşılaşmadan sonra da stadiondakı möhtəşəm ab-hava barədə danışmışdı. O, son oyundan sonra da fikirlərini bölüşərək azarkeşlərin yaratdığı atmosferin rəqibsiz olduğunu bildirib.
"Qalatasaray"ın stadionunda indiyədək gördüyüm ən möhtəşəm atmosfer var. Hissələr arasındakı fasilədə yaranan səs-küydən qulaqlarımız ağrıyır. Tam səmimi deyirəm, bura ən yaxşı stadiondur. "Qalatasaray" azarkeşləri isə sadəcə möhtəşəmdirlər", - deyə Pedri vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)