Türkiyəli müğənni Hadisə qalmaqal yaşadığı bacısı Hülya Açıkgözdən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "ABtalks"a müsahibəsində bacısından söz açaraq göz yaşlarına hakim ola bilməyib:
"Aramızda fikir ayrılığı yarandı, lakin bu barədə danışa bilmərəm. Çünki belə məsələləri ictimaiyyətlə müzakirə etməmək barədə razılaşmışıq. Artıq danışmasaq da, mən onu sevirəm.
Yaşadığım travmalarla bağlı mütəxəssis terapevtdən dəstək aldım. Həyatımın özümü inanılmaz dərəcədə tənha hiss etdiyim çox çətin bir dövrü idi. Ailəmizdə ciddi problemlər yaşayırdıq. Hətta anamla da əvvəlki kimi görüşmürdüm. Bu barədə indiyədək heç vaxt danışmamışdım.
Aramızdakı münasibətlər yaxşı olmasa da, mən hər zaman anamın yanında olacağam".
Qeyd edək ki, Hadisə bacısı Hülya Açıkgözlə maddi məsələlərə görə münasibətlərini kəsib. Müğənni bacısını öz işləri üzərindən haqsız qazanc əldə etməkdə ittiham edib. Dörd il sonra, 2022-ci ildə yenidən barışan bacılar münasibətlərini uzun müddət davam etdirə bilməyib və yenidən küsülü vəziyyətə düşüblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)