Çində qızının toyunda iştirak edən 41 yaşlı kişinin gənc görünüşü sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Milli.Az xəbər verir ki, Quanqdun əyalətində yaşayan ata 21 yaşlı qızını toy mərasimində müşayiət edib. Onun xarici görünüşü diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi kişinin yaşını öyrəndikdə təəccüblənib, hətta onu gəlinin böyük qardaşı hesab edənlər də olub.
Gənc görünüşü ilə maraq doğuran ata bunun sirrini də açıqlayıb. O, özünü stressdən uzaq tutduğunu və gün ərzində 10-12 saat yatdığını bildirib.
Kişinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə yol açıb. Onun gənc görünüşü istifadəçilərin diqqətini çəkməyə davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)