Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək", - məlumatda qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)