Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
14 Oktyabr 2026 12:15
Kitabı tanıdın, kitabla tanının!
VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Bu haqda festivalın təsisçisi və direktoru, aktyor Ruslan Sabirli məlumat verib: "Artıq Münsiflər Heyətinin səsverməsi yekunlaşıb, Təşkilat Komitəsi səsvermənin nəticəsi əsasında qalibləri müəyyən edəcək. Festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə münsiflərin adını yalnız səsvermədən sonra açıqlayırıq. Həmçinin, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda bir-birlərindən xəbərsiz onlayn qaydada səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edib. Münsiflər Heyətinin tərkibi ilə artıq festivalın saytında tanış olmaq mümkündür".
Münisflər Heyətinin tərkibi:
- Emin Mirabdullayev (rejissor/Azərbaycan) - Akademik Rus Dram Teatrının rejissoru, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. "İlin ən yaxşı rejissoru" (2008) və "İlin ən yaxşı klipi" (2004) nominsiyalarında "Humay", "İlin ən yaxşı klipi" (2006) nominasiyasında "Qrand", "Ən yaxşı debüt" (2018) nominasiyasında "Qızıl Pəri" mükafatlarına layiq görülüb.
- Hatice Öksüz (visual dizayner/Türkiyə) - Marmara Universitetinin müəllimi. IV Beynəlxalq GoldenHorn Film Festivalında, II Berlin Rəqs Filmləri Festivalında və IV Eichsfelder Film Festivalında münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.
- Günel Əsgərova (yazıçı/Azərbaycan) - Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əsərləri beynəlxalq səviyyədə tanınıb. "Sülh tütəyi" adlı fantastik ssenarisi Kanadada keçirilən müsabiqədə birinci yerə layiq görülüb. Xəmsənin xilası kitabı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunub və Moskvada keçirilən beynəlxalq müsabiqədə "Uşaq və yeniyetmələr üçün kitab" kateqoriyası üzrə diploma layiq görülüb.
Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:
- Beynəlxalq: Ən yaxşı tammetrajlı kitab filmi, Ən yaxşı qısa kitab filmi, Ən yaxşı buktizer, Ən yaxşı buktreyler, Ən yaxşı mobil buktreyler, Ən yaxşı süni zəka buktreyleri, Ən yaxşı buktreyler, Ən yaxşı dram buktreyleri, Ən yaxşı roman buktreyleri, Ən yaxşı poeziya buktreyleri, Ən yaxşı detektiv buktreyleri, Ən yaxşı triller buktreyleri, Ən yaxşı fantastik buktreyler, Ən yaxşı tarixi buktreyler, Ən yaxşı elmi buktreyler, Ən yaxşı animasiya buktreyleri, Ən yaxşı uşaq buktreyleri, Ən yaxşı tələbə buktreyleri.
- Yerli (yalnız Azərbaycan): Ən yaxşı qısa kitab filmi, Ən yaxşı buktizer, Ən yaxşı buktreyler, Ən yaxşı mobil buktreyler, Ən yaxşı süni zəka buktreyleri, Ən yaxşı buktreyler, Ən yaxşı dram buktreyleri, Ən yaxşı roman buktreyleri, Ən yaxşı poeziya buktreyleri, Ən yaxşı detektiv buktreyleri, Ən yaxşı triller buktreyleri, Ən yaxşı fantastik buktreyler, Ən yaxşı tarixi buktreyler, Ən yaxşı elmi buktreyler, Ən yaxşı animasiya buktreyleri, Ən yaxşı uşaq buktreyleri, Ən yaxşı tələbə buktreyleri.
SBRLY tərəfindən keçirilən "Kitabı tanıdın, kitabla tanının!" (Film the book, get the look!) sloqanlı Buktreyler Beynəlxalq Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.booktrailerfest.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/BooktrailerFest
Instagram: https://www.instagram.com/BooktrailerFest
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)