"Nazirlər Kabinetinin qərarından sonra məktəblərdə vahid geyim forması ilə bağlı məsələnin ciddi müzakirələrə səbəb olması fonunda prosesin siyasiləşdirilməsi və şagirdlərin bu müzakirələrə cəlb edilməsi qəbuledilməzdir".
Bunu Milli.Az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu proseslərin manipulyasiya edilməsi, siyasi müstəviyə qaldırılması, eləcə də gənclərin və şagirdlərin prosesin iştirakçısı olmağa təşviq edilməsi yolverilməzdir.
Deputat bildirib ki, şagirdlər və gənclər milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməli, eyni zamanda zərərli təsirlərdən və təxribatlardan qorunmalıdırlar.
Ceyhun Məmmədov qeyd edib ki, məktəblərin dağıdılması, şüşələrin və qapıların sındırılması kimi hallar qəbuledilməzdir və Azərbaycan vətəndaşına yaraşmayan davranışlardır:
"Bu məsələdə hər kəs maksimum təmkinli və səbirli olmalıdır. Hər kəs səbrini və təmkinini qorumalı, təxribatlardan çəkinməliyik. Eyni zamanda gənclərin düzgün və sağlam ruhda böyüməsinə çalışmalı, onları zərərli təsirlərdən qorumalıdır".
Müəllif: Mina Mikayılova