ABŞ-də realiti-şou iştirakçısı, "Keş" ləqəbi ilə tanınan 29 yaşlı Makayla Peyc silahlı hücum nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə oktyabrın 11-də Kaliforniyanın Oklend şəhərində baş verib. Xəstəxanaya çatdırılan gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisədə şübhəli bilinən bir qadını saxlayıb.
Qeyd edək ki, Makayla Peyc "Young & Reckless" və "Now That's Riot" realiti-şoularında iştirakı ilə tanınıb.
Milli.Az