Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi ballistik raket zərbələri nəticəsində ölənlər və yaralananlar var.
Milli.Az xəbər verir ki, oktyabrın 13-dən 14-nə keçən gecə Kiyev şəhəri və ətraf ərazilər intensiv raket hücumlarına məruz qalıb. Zərbələrin əsasən enerji infrastrukturunu hədəf aldığı bildirilir. Hücumlar nəticəsində paytaxtda və Kiyev vilayətində elektrik təchizatında fasilələr yaranıb.
Raketlərdən biri Kiyevin Desnyanski rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasına düşüb. Zərbə nəticəsində binanın bir hissəsi dağılıb.
Kiyev meri Vitali Kliçkonun açıqlamasına görə, hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)