Tupak Şakurun qatilinə bu cəza verildi

14 Oktyabr 2026 09:14

ABŞ-nin Nevada ştatında əfsanəvi reper Tupak Şakurun qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, iş üzrə təqsirləndirilən Duyen "Keffi D" Devis 40 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.

"South Side Compton Crips" dəstəsinin keçmiş lideri barəsində hökmü hakim Karli Kirni elan edib. Hakim bildirib ki, məhkumun cəzası 40 ildən ömürlük həbsədək müəyyənləşdirilib. Artıq həbsdə keçirdiyi 731 gün də cəza müddətinə daxil ediləcək.

Xatırladaq ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda silahlı hücuma məruz qalıb. Reper həmin vaxt "Death Row Records" səsyazma şirkətinin təsisçisi Şaq Naytla birlikdə "BMW" markalı avtomobildə olub. İşıqforda dayandıqları zaman yaxınlaşan ağ rəngli "Cadillac" markalı avtomobildən onlara atəş açılıb.

Bədəninə bir neçə güllə dəyən 25 yaşlı musiqiçi aldığı xəsarətlərdən bir neçə gün sonra həyatını itirib. Onun qətli musiqi tarixinin ən çox müzakirə olunan cinayət işlərindən biri olaraq qalır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)