ABŞ Prezidenti Donald Tramp Husilərin Səudiyyə Ərəbistanına təşkil etdiyi raket və PUA hücumları ilə bağlı kəskin bəyanat verib. Tramp hücumların arxasında İranın dayandığını və bu addımların ABŞ-də keçiriləcək seçim öncəsi neft qiymətlərini qəsdən qaldırmağa yönəldiyini bildirib.
Milli.Az xəbər verir ki, "Bir il əvvəl onları bombalayanda dərs aldıqlarını zənn edirdim. İndi isə donanması və hərbi hava qüvvələri olmayan, çökməkdə olan İranın təhriki ilə yenidən ortaya çıxdılar". deyə Tramp bildirib.
Tramp neft qiymətləri və ABŞ seçkiləri barədə isə bunları deyib: "Səudiyyə Ərəbistanını vuraraq ABŞ seçkiləri öncəsi neft qiymətlərini qəsdən qaldırmağa çalışırlar. Kimisə onlara başa salmalıdır ki, seçimdən sonra da vəzifəmdə olacağam və bunu heç vaxt unutmayacağam".
Son bir həftə ərzində Səudiyyə Ərəbistanındakı 5 hava limanı 10 dəfə hücuma məruz qalıb.
Hücumlar nəticəsində 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və uçuşlarda ciddi axsamalar yaranıb.
Ən böyük zərbə 5 dəfə hədəf alınan və fəaliyyətini müvəqqəti dayandıran Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına dəyib. Dammam, Abha, Cazan və Nəcran hava limanları da PUA və raket zərbələrinə məruz qalıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)