Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

13 Oktyabr 2026 23:12

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qoluna imza atıb.

Milli.Az xəbər verir ki, tarixi qol Bakıda Çexiyanın "Slaviya" (Praqa) klubu ilə keçirilən oyunda vurulub.

Paytaxt təmsilçisinin yamaykalı hücumçusu Kahim Perris 49-cu dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb - 1:0.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)