"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub

13 Oktyabr 2026 23:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Sabah" - "Slaviya" (Çexiya) oyununun ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az-ın məlumatına görə, bu ada Azərbaycan təmsilçisinin hücumçusu Coy-Lens Mikels layiq görülüb.

Hücumu sözügedən matçda komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, "Sabah" rəqibini 2:0 hesabı ilə üstələyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)