Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp

13 Oktyabr 2026 22:17

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında razılaşma əldə etmək istəyi var, lakin tərəflər bunun necə həyata keçiriləcəyini hələ bilmirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə Ohayo ştatında keçirilən mitinqdə çıxışı zamanı deyib.

"Rusiya və Ukrayna barədə açıq danışsaq, onlar da razılaşma əldə etmək istəyirlər. Onlar bunu necə edəcəklərini bilmirlər. İki lider arasında nifrət çox güclüdür, lakin biz bu razılaşmaya da nail olacağıq", - deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması və mümkün sülh razılaşmasının əldə olunması beynəlxalq gündəmin əsas məsələlərindən biri olaraq qalır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)