Payız və qış aylarının əvəzolunmaz ləzzəti olan heyva mürəbbəsi al-qırmızı rəngi və qatı teksturası ilə süfrələri bəzəyir.
Milli.Az xəbər verir ki, mürəbbənin dadını və ətrini daha da zənginləşdirmək, ona qurman toxunuşu qatmaq üçün bişmə prosesində 4 vacib ədviyyatdan istifadə olunur:
Çubuq darçın
Heyva mürəbbəsinin 1 nömrəli köməkçisidir. Darçının odunvari və şirin ətri heyvanın təbii turşuluğu ilə mükəmməl uyğunlaşır. Mürəbbənin rəngini bulandırmamaq üçün toz darçın deyil, mütləq bütöv çubuq darçın istifadə edilməlidir. Bişmənin ortasında tavanın daxilinə atılır və mürəbbə bankalara yığılmazdan əvvəl çıxarılır.
Dənə mixək
Heyva mürəbbəsinə o xarakterik və təravətləndirici ətri verən mixəkdir. Qazana əlavə edilən bir neçə dənə mixək şərbətin həddindən artıq ağır şirinliyini kəsir və heyva dilimlərinin bişərkən formasını qorumasına kömək edir. Ayrıca mürəbbənin təravətini uzun müddət saxlamasına töhfə verir.
Hil
Mürəbbəyə modern və fərqli bir dad qatmaq üçün yüngülcə çatladılmış yaşıl hil istifadə olunur. Hilin sitrus və təravətləndirici notları sıx şəkərli şərbəti balanslaşdırır və heyva mürəbbəsini adi şirniyyatdan çıxarıb xüsusi dad təcrübəsinə çevirir.
Ulduz anis (Anason)
Hem vizual estetik qatan, həm də mürəbbəyə özünəməxsus xarakter verən ulduz anis yüngül şirin və odunsu ətrə malikdir. Qaynayan mürəbbəyə əlavə edildikdə dilin arxasında qalıcı və xoş bir dad buraxır. Güclü ətrə malik olduğu üçün tavanın ölçüsünə görə cəmi 1-2 dənə istifadə etmək kifayətdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)