Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)

13 Oktyabr 2026 15:53

Müğənni Zeynəb Həsəni sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ifaçı yayımladığı videoda kiminsə çörəyinə və ruzisinə mane olmağın böyük günah olduğunu bildirib. Onun sözləri izləyicilər arasında müzakirələrə səbəb olub.

"Əslində, heç vaxt belə videolar yayımlamamışam. Hər bir insanın dayanacaq nöqtəsi var. Elə düşünürəm ki, həyatda ən böyük günah kiminsə çörəyinə, ruzisinə bais olmaqdır. Çünki bir gün sizə qayıdacaq.

Sizi Allaha həvalə edirəm. Çünki bu, bir insanın çörəyi ilə oynamaq deyil, ona baxan ailənin çörəyi ilə oynamaqdır. Siz necə yeyirsiniz o çörəyi, bilmirəm", - deyə müğənni qeyd edib.

Zeynəb Həsəninin bu fikirləri sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Paylaşımın kimə ünvanlandığı isə açıqlanmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)